Almaniyanın Roytlingen şəhərinə dolu və leysan yağışı yağıb.

“Unikal” “Bild”ə istinadən xəbər verir ki, dolunun diametri 1,8 santimetrə qədər olub. 30 santimetrə qədər yağan dolu kanalizasiya xətlərini tıxayıb. Su yeraltı qarajları, zirzəmiləri və yaşayış binalarını basıb.

Əlverişsiz hava şəraitinin fəsadlarını aradan qaldırmaq üçün şəhərin küçələrinə qartəmizləyən texnikalar gətirilib, 250-yə yaxın xilasedici işə cəlb olunub.

Yağıntılar nəticəsində Ehats çayında suyun səviyyəsi 1,50 metr qalxıb, nəticədə çay qısa müddət ərzində məcrasından çıxıb.