Çində 5,4 bal gücündə zəlzələ qeydə alınıb. 

“Unikal” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 4,33 milyon nəfər əhalisi olan Tsinan şəhərindən 77 km şimal-qərbdə yerləşib. Zəlzələ 35 km dərinlikdə yerləşib. 

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

***

Çilidə isə 5,6 bal gücündə zəlzələ qeydə alınıb. 

Yeraltı təkanların episentri təxminən 309 min nəfər əhalisi olan Antofaqasta şəhərindən 85 km şərqdə yerləşib. Zəlzələ 53 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

***

Əfqanıstanın Hinduquş dağ silsiləsində 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ episentri Qunduz şəhərindən 176 km şərqdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.