Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan avqustda planlaşdırılan danışıqlar zamanı taxıl sazişini, ikitərəfli münasibətləri, Bakı ilə İrəvan arasındakı münasibətləri, həmçinin Suriya məsələsini müzakirə edəcəklər.
“Unikal” xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.
Bildirilir ki, liderlər iki ölkə arasında ticarət əlaqələri, Zəngəzur dəhlizi layihəsi, Türkiyə, Azərbaycan və Ermənistan münasibətləri, eləcə də Suriya problemindən danışacaqlar.
Putinin Türkiyəyə səfərinin dəqiq tarixi açıqlanmayıb.
Nuranə Abbasova