Rusiyada "BMW" Moskva şəhəri yaxınlığında uçan dronu vurub.
"Unikal" xəbər verir ki, bu barədə "Shot Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, gecə yarısı Şmitovski küçəsində qeyri-adi qəza baş verib. Məlumata görə, avtomobili bank meneceri idarə edib. O, hadisə yerinə polis çağırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, vurulan PUA peşəkar videoçəkiliş üçün istifadə olunan "DJI Mavic Pro"dur. Dron maşının buferini cızıb.
“İndi əməliyyatçılar pilotsuz uçan aparatın sahibini axtarırlar”, - mesajın sonunda deyilir.
Gülayə Mecid