Rusiya Federal Təhlükəsizlik Xidməti Krımda qaz kəmərini partladan Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürülən rusiyalını saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat verib.

"Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Krımda enerji infrastrukturu obyektində təxribat və terror aktı törətməkdə iştirak edən 1980-ci il təvəllüdlü Rusiya vətəndaşının cinayət fəaliyyətinin qarşısı alınıb", -  məlumatda deyilir.

FTX bildirir ki, ukraynalı kuratorların göstərişi ilə bu il iyunun 23-də o, gizləndiyi yerdən ona ötürülən kustar üsulla hazırlanmış partlayıcıdan istifadə edərək Koreiz kəndində qaz kəmərini partladıb.

Saxlanılan rus vətəndaşı barəsində cinayət işi açılıb. 

Gülayə Mecid