"Qarabağ"ın UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi Finlandiya HİK-i yeni futbolçu transfer edib.
"Unikal" xəbər verir ki, Helsinki təmsilçisi Burkino Faso millisinin hücumçusu Hassan Bandeni heyətinə qatıb.
Son komandası Fransa "Amyen"i olan 25 yaşlı futbolçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.
Hassan Bande daha əvvəl Belçikanın "Mexelen", Niderlandın "Ayaks", İsveçrənin "Tun" və Xorvatiyanın "İstra" klublarında da çıxış edib.