“Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo xristian jesti etdiyinə görə Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən həbs oluna bilər.

"Unikal" xəbər verir ki, Portuqaliyalı Ərəb Çempionlar Kubokunda Əl-Şorta ilə matçda (1:0) vurduğu qoldan sonra əli ilə xaç simvolu çəkərək Səudiyyə Ərəbistanının qanunlarını pozub. 38 yaşlı futbolçunun bu hərəkətinə görə həbs olunacağı bildirilir. Səudiyyə Ərəbistanında xristianların hər hansı jesti cinayət sayılır, çünki onları nümayiş etdirən şəxsin başqalarını inanclarına çevirmək istədiyinə inanılır.