Cari ilin 7 ayında “Azəriqaz” İstehsalat Birliyinin (İB) ümumi abonentlərinin sayı 2 milyon 544 min 873-ə çatıb.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.
Şöbə rəisi bildirib ki, qeydolunan istehlakçılardan 41 min 117-si qeyri-əhali sektoruna aiddir.
Qurum rəsmisi, həmçinin abonent məmnunluğunun təmin olunması istiqamətində görülən işlər barədə də məlumat verib. “Bir sıra layihələr, o cümlədən “Açıq mikrafon” aksiyası və xidmət sahələrini əhatə edən görüşlərimiz həyata keçirilir. Davamlı olaraq aksiyalar həyata keçirilməkdədir və bunun məhsuldarlığı aydın şəkildə görünür. Görüşlər zamanı vətəndaşlar müraciətlərini birbaşa olaraq səsləndirirlər və dərhal həlli yolunda işlər görülür”, - deyə şöbə rəisi vurğulayıb.