TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 7-11 avqust tarixlərində günvurma ilə bağlı 17 müraciət daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, onlardan 10 nəfəri qadın, 7 nəfəri kişidir.
"Müraciət edən şəxslərdən 13 nəfəri böyük, 4 nəfəri uşaqdır. Ümumilikdə müraciət edən şəxslərdən 11 nəfəri hospitalizasiya edilib",-deyə məlumatda qeyd edilib.