Britaniya Xarici İşlər Nazirliyi İsveçdə terror aktları təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

"Unikal" xəbər verir ki, söhbət həm də əcnəbilərin tez-tez getdiyi yerlərdən gedir.  XİN-in saytında qeyd edib. Deyildiyi kimi hücumların motivi İraq və Suriyadakı münaqişələr ola bilər.

Eyni zamanda, İsveçin milli təhlükəsizlik müşaviri Henrik Linderholm açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları baş verənləri diqqətlə izləyir və isveçliləri xaricdə qorumaq və “ölkə haqqında nifrət mesajlarının” yayılmasının qarşısını almaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edirlər.

İyulun sonunda Stokholmda Qurani-Kərimi təhqir edən hərəkətlərin ölkənin imicinin pisləşməsinə və təhlükəsizlik səviyyəsinin aşağı düşməsinə səbəb olduğu açıqlanıb. İsveç hakimiyyəti hesab edir ki, əvvəllər tolerant kimi qəbul edilən ölkə İslama düşmən olan dövlət imicini qazanıb.