Qəbələ rayonunun Solquca və Oğuz rayonunun Xaçmaz kəndləri ərazisindəki kolluq sahələrdə yanğın hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, ETSN-in yerli qurumlarının, FHN -in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğınlar söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb.
“Solquca kəndi ərazisində dəfələrlə yanğın hadisəsi təkrarlandığına görə ərazi xüsusi nəzarətə götürülüb, post quraşdırılıb, növbətçilik təşkil olunub”.
Xidmət rəisi yanğın hadisələrinin baş verməməsi, meşə sahələrinin, təbiət ərazilərinin zərər görməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.