PSJ və Braziliya yığmasının futbolçusu Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə müqavilə imzalayacaq.

“Unikal” xəbər verir ki, bu barədə mənbələrə istinadən “L'Equipe” məlumat yayıb.

Bilidrilib ki, hücumçu iki il ərzində 160 milyon avro qazanacaq. Qeyd olunub ki, braziliyalı artıq “Əl-Hilal”la müqavilənin şərtlərini razılaşdırıb.

Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Bu, braziliyalı üçün vətənindən kənarda ilk klub olub. 2017-ci ildən hücumçu Fransada beş çempionluq qazandığı PSJ-nin formasını geyinir.

Onun parislilərlə müqaviləsi 2025-ci ilin yayında başa çatır.