Ukraynanın Ermənistandakı səfirinin müşaviri Sevan gölündə boğulub.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb. 

Bildirilir ki, ərazidəki insanların xəbərdarlığı üzərinə hadisə yerinə xilasetmə qrupları göndərilib. Xilasedicilər ukraynalıyı təxminən 1,5 m dərinlikdən çıxararaq motorlu qayıqla sahilə gətiriblər. 

Hadisə yerinə tibb işçiləri onun öldüyünü müəyyən ediblər. 

Gülayə Mecid