Rusiyanın Sverdlovsk vilayətinin Polevskoy şəhərində 45 yaşlı kişi hərbi komissarlığı "Molotov kokteyli" ilə yandırmağa cəhd edib.

"Unikal" xəbər verir ki, bu barədə  TASS məlumat yayıb. 

“Hərbi komissarlıqda yeni yanğın hadisəsi – bir nəfər Sverdlovsk vilayətinin Polevskoy şəhərində komissarlığın binasına “Molotov kokteyli” atıb”, - deyə KİV-də  qeyd olunub.  

Şəxs hadisə yerindən qaçmağa çalışsa da, saxlanılıb. Hazırda araşdırma aparılır.