Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşları və diplomatlar ölkəni tərk ediblər.

“Unikal” TASS-a istinadən xəbər verir ki, onlar Tu-214 təyyarəsi ilə Kişinyov hava limanından havaya qalxıblar.

"Səfirliyin 45 əməkdaşı, ailə üzvləri ilə birlikdə təxminən 70 nəfər uçub getdi. Moldova tərəfi lazımi köməkliyi göstərdi", - səfirlik nümayəndəsi bildirib.

Rusiya diplomatlarını yola salmağa ictimai təşkilatların nümayəndələri də gəliblər. Qeyd edək ki, səfirlik əməkdaşları və diplomatlar Moldova hakimiyyətinin diplomatik missiyanın işçilərinin sayının azaldılması tələbi ilə ölkəni tərk ediblər. 

Nuranə Abbasova