Çinin müdafiə naziri Li Şanfu avqustun 14-19-da Rusiyaya səfər edəcək və XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək, həmçinin Belarusda görüşlər keçirəcək.

“Unikal” xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi öz saytında məlumat yayıb.

“Rusiya müdafiə naziri Sergey Şoyqu və Belarusun müdafiə naziri Viktor Xreninin dəvəti ilə dövlət müşaviri, müdafiə naziri Li Şanfu 11-ci Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün avqustun 14-dən 19-dək Rusiyaya və Belarusa səfər edəcək”, – məlumatda deyilir.

Rusiyada Li Şanfu konfransda təqdimatla çıxış edəcək, Rusiya rəhbərliyi və müdafiə naziri ilə görüşəcək. Nazirlikdən bildirilib ki, Belarusa səfəri çərçivəsində Çin Müdafiə Nazirliyinin rəhbəri Belarusun dövlət və hərbi rəhbərləri ilə görüşlər və danışıqlar aparacaq, həmçinin Belarusun hərbi hissələrinə baş çəkəcək.

Nuranə Abbasova