Polşa hakimiyyəti oktyabrın 15-də keçiriləcək parlament seçkiləri zamanı Polşa-Belarus sərhədində maneənin sökülməsi məsələsini ümumxalq referenduma çıxarmağı təklif edib. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşşak bildirib.

Blaşşak qeyd edib ki, Polşa sərhədinin bundan sonra da mühafizəsi vətəndaşlardan asılıdır.

Qeyd edək ki, Polşa parlamentinin aşağı palatası (Seym) hələ də referendumla bağlı məsələlərin təsdiqini gözləyir.

Nuranə Abbasova