"2023-cü il avqustun 14-nə Ermənistanda qızılca xəstəliyinin laboratoriya tərəfindən təsdiqlənmiş hallarının sayı 384-ə çatıb".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
"1 xəstə xəstəxanaya yerləşdirilib, 235 vətəndaş tibb məntəqələrindən evə buraxılıb. Ümumi halların 268-i uşaq, 118-i böyüklərdir", - məlumatda deyilir.