Almaniya kansleri Olaf Şolts Ukrayna münaqişəsinin dayandırılması üçün diplomatik səylərə ehtiyac olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, bu  barədə "Bild" nəşri məlumat yayıb.

 Onun sözlərinə görə, danışıqlarda Latın Amerikası və Afrika ölkələri ilə yanaşı, Çin də iştirak edib.

“Buna görə də bizim bu danışıqları davam etdirməyimiz məntiqlidir, çünki onlar Rusiyanın səhv yola getdiyini və qoşunlarını geri çəkib sülhü mümkün etməli olduğunu başa düşmək üçün ona təzyiqləri çox konkret şəkildə artırırlar”, - Şolts deyib.