Rumıniya sahillərində Kostinesti şəhəri yaxınlığında partlayış olub. 

"Unikal" xəbər verir ki, bu barədə ölkənin mülki müdafiəsi məlumat yayıb. 

Məlumata görə, mina partlayışı zamanı xəsarət alan olmayıb: "Yaxınlıqda dənizdə daha bir mina aşkar edilib. Rumıniya Hərbi Dəniz Qüvvələri vəziyyəti qiymətləndirmək və ikinci minanın zərərsizləşdirilməsi üçün tədbirlər görmək üçün dalğıclar qrupunu ən qısa zamanda əraziyə çatdırıb".

Ağarza Elçinoğlu