Tuzla limanında gəmilərdən birinin tullantı anbarında qaz sızması nəticəsində partlayış baş verib.

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Partlayış baş verən əraziyə xilasedicilər və tibb briqadaları cəlb olunub.

Araşdırmalar aparılır. 

Nuranə Abbasova