Artıq çəki, adətən, psixoloji problemlərlə də bağlı olur.

“Unikal” xəbər verir ki, türkiyəli psixoloq Fahriye Önder sosial şəbəkə hesabında bədənin müxtəlif  nahiyyələrindəki piylənmənin psixoloji səbəblərini belə izah edib: 

 *Qarının yuxarı hissəsində yığılan piy; ataya, həyat yoldaşına qəzəblənmək və gələcək planının olmaması ilə əlaqədardır. 

*Qarının aşağı hissəsində yığılan piylər; anaya, həyata və bədənə qarşı qəzəblə əlaqədardır.

*Qarın şişməsi; üzə çıxarılmayan emosiyaların və həyata keçə bilməyən məlumatların əlamətidir.

*Kürəkdə yağ; keçmişdə yaşanan müxtəlif çətinliklərin təkrarlanacağı qorxusu ilə əlaqədardır.

*Yançaqlardakı piy; ata ilə bağlılıq səbəbiylə güvən problemi yaşamaq deməkdir. İnam hissinin tam gerçəkləşməməsi deməkdir.  

*Ayaq altında; həyata inamsızlıqdan, zalım və ya həddindən artıq prinsipial ana ilə bağlılıq səbəbindən müdafiəsiz olmaq hissindən qaynaqlanır. 

*Qol üstü; sevildiyini hiss edə bilməmək və buna görə də özünü müdafiəsiz hiss etməkdəqn qaynaqlanır.