İran Rusiyada keçirilən “Armiya-2023” Beynəlxalq Hərbi-Texniki Forumunda müxtəlif növ pilotsuz uçuş aparatları, eləcə də elektron müharibə və radiokəşfiyyat avadanlıqlarını təqdim edib.

"Unikal" xəbər verir ki, bu  barədə TASS məlumat yayıb. 

Xüsusilə İran “Arash”, “Ababil-5”, “Karrar” PUA-larını, eləcə də 200 km-ə qədər məsafədə təyyarə tipli dronları aşkar edən “Hunter-2” elektron döyüş sistemini nümayiş etdirib.

 Stansiyada İranın istehsal etdiyi ilk elektron dron olan "Şahin" də təqdim olunur. Qurğu beş elektron mühərriklə təchiz edilib və iki-üç saat ərzində hərəkətdə ola bilir, maksimal uçuş hündürlüyü təxminən 4 km-dir.

 Forum avqustun 14-dən 20-dək Alabino poliqonunda və Kubinka aerodromunda keçirilir. Burada 7 ölkədən 85 xarici şirkət və təşkilat iştirak etməyi planlaşdırır.