Türkiyənin Suriyadakı keçmiş səfiri Mehmet Orhan Akanın rəssam Burhan Doğançaya çəkdirdiyi 500 min lirə dəyərində tablosu oğurlanaraq saxtası ilə əvəz edilib.

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, evin təhlükəsizlik kamerası görüntülərini izləyən Aka, rəsmin evinə gələn qızı Pınar Ç. və onun həyat yoldaşı Ersin Ç. tərəfindən oğurlandığını görüb.  

Bundan sonra səfir təhlükəsizlik kamerasının görüntüləri ilə vəkili vasitəsilə prokurorluğa gedərək qızı və kürəkənindən şikayət edib.

Pınar C. və Ersin C. həmin tablonu Cihangirdəki antikvar satıcısına aparıb və hərracda satmaq istədiklərini bildirib.

Antikvar satıcı tablonu götürərək sosial media hesabında paylaşıb. Lakin Beyoğlu Asayiş Bürosu polisi sosial mediada yayımlanan rəsmi gördükdən sonra hərəkətə keçib. 

Pınar Ç. polis tərəfindən saxlanılıb. O, tablonu atasının ona hədiyyə etdiyini deyib və onu satmaq istədiyini bildirib.

Pınar Ç. O, prokurorluqdakı ifadəsindən sonra sərbəst buraxılıb.

Ersin Ç.-nin axtarışları isə davam edir. 

Nuranə Abbasova