İran iki tərəf arasında bu yaxınlarda imzalanmış məhbus mübadiləsi sazişi ilə bağlı ABŞ-dən lazımi təminat alıb. 

"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib.

Onun sözlərinə görə, bu da İranın milyardlarla dollarlıq xarici aktivlərinin sərbəst buraxılmasını ehtiva edir.

Tehranda keçirilən mətbuat konfransında Kənani qeyd edib ki, əsirlərin mübadiləsi və İranın dondurulmuş aktivlərinin azad edilməsinə dair yeni razılaşma Tehran və Vaşinqton arasında iki illik danışıqların nəticəsidir.

Ağarza Elçinoğlu