Kreml Ukraynadakı müharibəyə bir neçə yüz min insanı səfərbər etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Vadim Skibitski yerli KİV-ə müsahibəsində bildirib. 

"Rusiya öz ordusunun döyüş qabiliyyətini və hücum potensialını bərpa etmək niyyətindədir. Rusiya ordusunun rəhbərliyi bir sıra yeni hərbi birləşmələr: desant alayları, diviziyalar, mexanikləşdirilmiş briqadalar yaratmaq niyyətində olduğunu bəyan edir. Bizim hesablamalarımıza görə Kreml Ukraynadakı müharibəyə bir neçə yüz min insanı səfərbər etməyi planlaşdırır”,- Skibitski bildirib.