Moskvada yaşayış kompleksində partlayış baş verib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki,  partlayış "Layner" yaşayış kompleksində qeydə alınıb.

Partlayış binanın sonuncu, 15-ci mərtəbəsində olub. Ölən və yaralananlar olmayıb.

Hadisənin soyuducu təmiri zamanı baş verdiyi bildirilir.