Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb. 

"Unikal" xəbər verir ki, xilasedicilər Şovi dağ kurortunda daha bir nəfərin meyitini aşkar ediblər.

Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmçinin 5 meyitin qalıqları aşkar edilib və onların şəxsiyyətinin müəyyən edilməsi prosesi davam edir.

Daha əvvəl 19 qurbanın olduğu bildirilirdi. İdarənin rəisi Vaxtanq Qomelaurinin sözlərinə görə, itkin düşən bütün vətəndaşlar tapılana qədər axtarış tədbirləri davam etdiriləcək.

Avqustun 3-də Şovidə enən sürüşmə insan tələfatına səbəb olub, kottecləri, evləri, yolları, körpüləri uçurub. Yerli geoloqların fikrincə, dağlardan dərəyə təxminən beş milyon kubmetr torpaq enib.