Moldova İrana qarşı Avropa İttifaqının (Aİ) tətbiq etdiyi sanksiyalara qoşulub.

"Unikal" xəbər verir ki, bu barədə Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin nümayəndəsi İqor Zaxarova bildirib.

Qeyd olunur ki, sanksiyalara səbəb İranın Rusiyaya hərbi yardımıdır.

“Moldova Aİ-nin demək olar ki, bütün sanksiyalarına qoşulur”, - XİN rəsmisi deyib.

Avropa İttifaqı Moldovanın bu qərarını alqışlayıb.