Hindistan-Banqladeş sərhədində 5,3 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayı.

Zəlzələdə can və mal itkiləri barədə hələ ki, məlumat yoxdur. 

ABŞ Geoloji Xidməti (USGS) Hindistanın Karimqanc şəhərindən 14 kilometr qərbdə, Banqladeş sərhədində təxminən 35 kilometr dərinlikdə 5,3 bal gücündə zəlzələnin baş verdiyini bildirib.

Digər tərəfdən Hindistan Seysmoloji Mərkəzi zəlzələnin maqnitudasının 5,4, dərinliyinin isə 16 kilometr olduğunu açıqlayıb.