Amerikalılar ABŞ-nin Delaver ştatında dincəlməyə qərar verən prezident Co Baydeni tənqid ediblər.

"Unikal" xəbər verir ki, onlar yanğınların baş verdiyi Havay adalarına getməyən, əvəzində isə dincəlməyə üstünlük verən ABŞ dövlət başçısına etirazlarını bildiriblər.  

“The Daily Mail” nəşrinin jurnalistləri C.Baydeni küçədə velosiped sürərkən görüblər. Media işçiləri siyasətçidən yanğından zərər çəkmiş ştata səfər edib-etməyəcəyini soruşublar.

“Biz bu məsələni araşdırırıq”, - deyə Bayden formal olaraq cavab verib və hətta ayaq saxlamadan velosipedin pedalını çevirərək ərazidən uzaqlaşıb. ABŞ prezidentinin bu davranışı nəşrin oxucularını qəzəbləndirib və onlar etirazlarını dilə gətiriblər.

“Uzaq dur. Sən faydasızsan”, “Bu dəli ancaq velosipeddə gəzir”, “Dünyada heç nə ilə maraqlanmır”, - deyə oxuculardan müxtəlif şərhlər gəlib.

Vətəndaşlar C.Baydenin son üç ildə çox tez-tez məzuniyyətə getməsinə də qəzəbləniblər. Onlar bunun dövlət başçısı üçün qəbuledilməz olduğunu hesab ediblər.