Türkiyənin Adana bölgəsində sosial media fenomeni motosikleti ilə iti vurduğu qəzada həyatını itirdi.

"Unikal" xəbər verir ki, alınan məlumata görə, Sarıçam rayonu Remzi Oğuz Arık Məhəlləsi Kozan küçəsində gedən Burak Can Taşan (23) motosikleti ilə yolda iti vurub. Zərbənin təsirindən motosikletdən yıxılan gənc yola yıxılıb. Xəbərdarlıq üzərinə bölgəyə sağlamlıq və polis qrupları sövq edilib. Bölgəyə gələn sağlamlıq qrupları tərəfindən Adana Şəhər Xəstəxanasına aparılan gənc oradakı müdaxilənin ardından Seyhan Dövlət Xəstəxanasına köçürülüb. Burada edilən müdaxilələrə baxmayaraq Taşanı xilas etmək mümkün olmayıb. Gəncin cansız bədəni Adana Ədliyyə Tibb Qurumunun meyitxanasına aparılıb.Sosial mediada 83 min izləyicisi olan Burak Can Taşanın motosiklet həvəskarı olduğu və motosiklet videoları ilə fenomenə çevrildiyi öyrənilib.