Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışda ölənlərin sayı 35-ə yüksəlib.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində xilasetmə işlərini davam etdirirlər.

10:27

Xilasedicilər dağıntılar altından daha 3 nəfərin meyitini tapıblar və bununla da Mahaçqalada "Nafta 24" yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin ümumi sayı 30 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi Teleqram kanalında məlumat yayıb. 

“Mahaçqalada aparılan xilasetmə əməliyyatları zamanı daha 3 nəfərin cəsədi tapılıb”, - məlumatda deyilir.

FHN-in məlumatına görə, ümumilikdə 105 nəfər xəsarət alıb.

00:31

Rusiyanın Dağıstan Respublikasının paytaxtındakı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

"Unikal" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Hadisə nəticəsində 10 nəfər ölüb.

Hadisə nəticəsində 50-dən çox insan yaralanıb, ölənlər arasında uşaqlar da var.

Yanğın yaxınlıqdakı evlərə də keçib. Daha bir partlayış təhlükəsi var.

23:46

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində "Globus" ticarət mərkəzinin yaxınlığında yerləşən avtoservis binasında partlayış baş verib, azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya teleqram kanallarında məlumat yayılıb.

Xilasetmə xidmətləri hadisə yerindədir.

Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım xidmətləri göndərilib.