Məhkəmə Ermənistan Respublika Partiyasının sədr müavini, keçmiş elm və təhsil naziri Armen Aşotyanın həbs müddətini daha iki ay uzadıb.

“Unikal” xəbər verir ki, bu barədə vəkil Tiqran Atanesyan “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Aşotyanı iyunun 15-də saxlayıblar.

Xatırladaq ki, Aşotyan Heratsi adına İrəvan Tibb Universitetinin Qəyyumlar Şurasının rəhbəri işlədiyi dövrdə daşınmaz əmlakla bağlı dələduzluqda ittiham olunur.

Nuranə Abbasova