ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı daha bir ittiham irəli sürülüb.
“Unikal” xarici mediaya istinadən xəbər verir ki, o, məhkəmə tərəfindən 2020-ci il prezident seçkilərinin nəticələrinə təsir etmək cəhdində ittiham edilib.
Bu, siyasətçiyə qarşı irəli sürülən dördüncü cinayət işidir.
Növbəti ittihamın səbəbi 2021-ci ilin yanvarında Trampın Respublikaçılar Partiyasının nümayəndəsi olan Gürcüstanın dövlət katibinə prezident seçkilərində qələbəsi üçün “11 780 səs tapmağa” kömək etməyi təklif etdiyi telefon zəngi olub.
ABŞ-ın keçmiş prezidentinə qarşı daha üç cinayət işi araşdırılır.
Nuranə Abbasova