Meksikanın Verakruz əyalətinin prokurorları daha iki evin soyuducuundan 13 nəfərin hissələrə bölünmüş meyitlərini aşkarlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı ölkənin baş prokuroru Veronika Hernandez təsdiqləyib. 

Hernande qeyd edib ki, müəyyənləşmə prosesindən sonra bu rəqəm arta da bilər. Hazırda istintaq davam edir.

Meksikada adam oğurluğu ilə məşğul olan dəstələr çox vaxt qurbanlarının cəsədlərini heç bir iz buraxmadan çətin tapılan qəbirlərdə basdırırlar.  Qeydlərdə ölkədə 110 mindən çox insan “itkin düşmüş” kimi qeyd olunub.

***09:48

Meksikanın Verakruz əyalətində keçirilən əməliyyatda 5 evdə soyuducuda gizlədilmiş 34 nəfərin meyiti tapılıb.

"Unikal" xəbər verir  ki, polislər meyitlərin parçalanaraq torbalara qoyulduğunu, hadisə ilə bağlı 6 nəfərin həbs edildiyini bildirib.

Əməliyyat zamanı cinayətkarlara məxsus avtomobil, müxtəlif silahlar və bəzi narkotik vasitələr də ələ keçirilib.

Qətllərin bölgədə fəaliyyət göstərən və müxtəlif cinayətlərdə əli olduğu bilinən "Jalisco Next Generation Cartel" (CJNG) tərəfindən törədildiyi güman edilir.

Gülayə Mecid