Ekvadorda Esmeraldas əyalətində "Vətəndaş İnqilabı" siyasi hərəkatının rəhbəri, prezidentliyə namizəd Pedro Briones evinin yaxınlığında öldürülüb.
"Unikal" xəbər verir ki, Brionesə sui-qəsd prezidentliyə namizəd Fernando Villavisensionun öldürülməsindən bir həftə sonra baş verib.
Onun kim və ya kimlər tərəfindən öldürüldüyü məlum deyil. Araşdırma aparılır.
Qeyd edək ki, Ekvadorda prezident seçkiləri avqustun 20-nə təyin edilib.