Malayziyanın keçmiş baş naziri Muhiddin Yasin dörd korrupsiya ittihamı üzrə ali məhkəmə tərəfindən bəraət alıb.

“Unikal” xəbər verir ki, eks-baş nazirə qarşı 43 milyon dollar dəyərində çirkli pulların yuyulması maddəsi üzrə ittiham isə hələ də qüvvədədir. 

“Əvvəldən dedim ki, bunlar siyasi motivli ittihamlardır. Mən səhv bir şey etmədim və bu gün sübut olundu ki, bunlar saxta ittihamlardır”, - Yasin məhkəmə binası qarşısında jurnalistlərə bildirib.

Nuranə Abbasova