Türkiyədə yeniyetmə qız Kocatəpə məscidində fotosessiya etdikdən sonra şəkillərini sosial şəbəkədə paylaşıb. 

"Unikal" xəbər verir ki, insanların sərt reaksiyasından sonra Ankara Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. 

Qeyd olunub ki, qız qısa kofta və ətəklə məscidə girib, təsbehdən boynunda aksesuar kimi istifadə edib, nalayiq pozalar verib. Çəkilən görüntülər "Təzadların sehri" başlığı ilə paylaşılıb.

Prokurorluq araşdırmadan sonra barələrində rəsmi istintaq başladılan Ezgi C. və Bilal K.-nın nəzarətə alındığını açıqlayıb.

Ağarza Elçinoğlu