Türkiyədə keçirilən xüsusi əməliyyatla Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin yaşadığı ünvana baxış zamanı mobil telefon, 2 ədəd SİM kart, SİM kartlar üçün cihaz və yaddaş kartı götürülüb.

Öz növbəsində, “A Haber” telekanalı iddia edib ki, saxlanılan şəxs qətldə əli olan rus diplomatlardan birinin həyat yoldaşı olan qadındır.

Karlov 2016-cı il dekabrın 19-da Ankarada foto sərgisinin açılışında güllələnib. Silahlı hücumu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən polis əməkdaşı Mevlüt Mert Altıntaş həyata keçirib. 

Nuranə Abbasova