İrəvanın keçmiş meri, keçmiş energetika və təbii sərvətlər naziri Yervand Zaxaryan, onun oğlu, qızı, eləcə də onlara bağlı olan digər şəxslər qanunsuz mənşəli əmlakın müsadirə edilməsi üzrə Ermənistan Baş Prokurorluğuna dəvət olunublar.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. 

Bildirilir ki, Zaxaryanların və onlara bağlı olan şəxslərin əmlakları ilə bağlı araşdırma aparılıb və inventar tərtib edilib.

"İndi Zaxaryanlar araşdırmanın materialları ilə tanış olmaq və öz mövqelərini təqdim etmək üçün prokurorluğa dəvət olunublar", - KİV-lərin birində qeyd olunub. 

Gülayə Mecid