Rusiya əvvəlki kimi KTMT müttəfiqlərinə silah tədarük etməklə terrorla mübarizədə kömək edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu beynəlxalq təhlükəsizlik məsələlərinə həsr olunmuş 11-ci Moskva konfransında bildirib.

"Avropadakı çətin vəziyyətə baxmayaraq, terrorizmlə mübarizə və Rusiyanın müttəfiqlərinə yardım Rusiya Federasiyası Müdafiə Nazirliyinin əsas vəzifəsi olaraq qalır. Bu dəstək əvvəlki kimi şəxsi heyətin hazırlığı, birgə təlimlər, qoşunların təlimi, silah və hərbi texnikanın təchizatını əhatə edəcək", - Şoyqu qeyd edib. 

Ağarza Elçinoğlu