İraqın şərqində yerləşən Vasit əyalətində məscidin günbəzinin uçması nəticəsində azı 12 nəfər xəsarət alıb. 

“Unikal” xəbər verir ki, bu barədə “Shafaq News” informasiya məlumat yayıb.

Xəsarət alanların hamısı ərazidə məscidin bərpası ilə məşğul olan işçilərdir. Onlar təcili xəstəxanaya yerləşdirilib, bərpa işləri müvəqqəti dayandırılıb.

Qübbənin uçmasına nəyin səbəb olduğu barədə hələlik məlumat verilməyib.

Nuranə Abbasova