Dominikan Respublikasında San-Kristobal ştatının Villa Valdes bölgəsində, ticarət mərkəzlərindən birinin yaxınlığında partlayış baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 

Partlayış nəticəsində azı 12 nəfər ölüb, 65 nəfər yaralanıb. Daha 55 nəfər itkin düşüb. 3 tikili tamamilə dağılıb.

Ölkə prezidenti Luis Abinader fövqəladə hallar xidmətlərinin səfərbər edilməsi barədə göstəriş verib.

Ağarza Elçinoğlu