May ayında taxta çıxan kral III Çarlz anası II Yelizavetanın çox sevdiyi tablonu divardan götürüb. 

“Unikal” xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

Bildirilir ki, Sandrinhem sarayının divarını 30 ilə yaxın bəzəyən tablo monarxın əmri ilə çıxarılıb. Tabloda müxtəlif ölkələrdən olan nüfuzlu şəxslərin əhatəsində olan kral ailəsinin üzvlərini təsvir edirdi. 
Şəkil Çarlz, Elizabet və onun əri Edinburq hersoqu Filipin valideynlərinin 50 illik toy ildönümü münasibətilə çəkilib. Kətanın müəllifi rəssam Endryu Festinqdir. Bu qərarın mümkün səbəbi kimi rəsmin krala “həyatının ən pis illərini” xatırlatması göstərilir. 

Qeyd edək ki, tabloda təsvir olunan görüş onun həyat yoldaşı, Uels şahzadəsi Diananın avtomobil qəzasında faciəvi ölümündən cəmi üç ay sonra baş verib.

Nuranə Abbasova