Aİ-nin müşahidə missiyası avqustun 15-də Ermənistan MN-in yaydığı məlumatı təkzib edib. 

"Unikal" xəbər verir ki, bu barədə missiya "X" sosial şəbəkəsində açıqlayıb. 

Qeyd edək ki, Ermənistanın müdafiə nazirliyi bu gün günortadan sonra Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində Aİ müşahidəçilərinin guya Azərbaycan tərəfindən hədəfə alındığını açıqlamışdı. Aİ-nin müşahidə missiyası bu məlumatı təkzib edərək, onların müşahidəçilərindən heç birinin atəşə məruz qalmadığını bildirib.

Ağarza Elçinoğlu