“Ermənistan kampaniyalar və diplomatik oyunlar əvəzinə üzərinə Azərbaycanla sülh danışıqları və münasibətlərin normallaşdırılması ilə bağlı öhdəliklər götürməlidir”.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “The National Interest”də dərc olunan “Ermənistan Cənubi Qafqazda sülhü pozmaq istəyirmi?” adlı məqaləsində deyilir:
“Otuz ildən artıq müddətdə Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin təxminən 20 faizini işğal altında saxlayıb. Orada yaşayan bir milyona yaxın azərbaycanlı öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb, öz ölkəsində məcburi köçkünə çevrilib.
2020-ci ildə 44 günlük müharibədən sonra azad edilən torpaqlarda Azərbaycanın dövlət, özəl, mədəni və dini irsi misli görünməmiş şəkildə məhv edilib. Təkcə Ağdam - vaxtilə regionun ən böyük şəhərlərindən biri o dərəcədə yerlə bir edilib ki, indi “Qafqazın Xiroşiması” kimi tanınır. Sanki işğalçılar Azərbaycana aid bütün izləri silməyə çalışıblar.
Baxmayaraq ki, beynəlxalq hüquq, dünyanın hər bir ölkəsi və BMT Təhlükəsizlik Şurasının dörd ayrı qətnaməsi Qarabağı - sözügedən torpaqları Azərbaycanın suveren ərazisi kimi tanıyıb, üç onillik ərzində erməni siyasətçiləri ya müstəqil etnik erməni ərazisi yaratmaq, ya da işğal olunmuş bu torpaqları ilhaq etməklə Ermənistana birləşdirmək barədə xəyallar qurublar.
2018-ci ildə Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan hakimiyyətə gələndə Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün onun başqa yol tuta biləcəyini gözləyirdi. Amma cəmi bir il sonra onun “Qarabağ - Ermənistandır” şəklində bəyanatı danışıqlar prosesinə olan ümidlərə son qoydu. 2020-ci il münaqişəsindən sonra bu bəyanat sərt reallıqla və bu ilin əvvəlində Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanımaq öhdəliyi ilə üzləşdi.
Kaş dünya bu qədər sadə olsaydı. Amma Ermənistan rəhbərliyinin sülh haqqında danışdığı bir vaxtda qarışıqlıq yaratmaq üçün apardığı kampaniyalarla vaxt udmağa çalışması olduqca adi hal alıb. Ona görə də bu həftə Ermənistan Qarabağdakı separatçı rejimin tabeliyində olan rəhbərliklə birlikdə sülh danışıqlarının pozulması üçün növbəti beynəlxalq kampaniyaya başladıqda bu, təəccüb doğurmadı. Bu separatçı qurumun mövcudluğu uzunmüddətli fantaziyalar və sərt geosiyasi faktlardan yayınmalardan asılıdır.
Lakin yerlərdə reallıq dəyişib və Azərbaycan öz Qarabağ bölgəsinin erməni əhalisinin nümayəndələrini reinteqrasiya ilə bağlı açıq və səmimi dialoqa dəvət edir. Azərbaycan dəfələrlə bəyan edib ki, onların hüquqları, təhlükəsizliyi, eləcə də Qarabağda etnik azlıq kimi öhdəlikləri Azərbaycan Konstitusiyasına əsasən nəzərdən keçiriləcək. Buraya onların indi əməl etdikləri dini, dil və bələdiyyə hüquqları daxildir.
İndi vacibdir ki, istənilən reinteqrasiya prosesi bütün qeyri-qanuni silahlı birləşmələrin demobilizasiyasını və tərksilah edilməsini, həmçinin Ermənistan silahlı qüvvələrinin qalan elementlərinin tamamilə çıxarılmasını özündə ehtiva etsin. Bu cür qruplara hətta sülh danışıqları zamanı da davam edən silah axınını dayandırmaq üçün bu yaxınlarda Ermənistanı Xankəndi ilə birləşdirən Laçın yolu qısa müddətə bağlandı. İndi bu yol yenidən açıqdır.
Azərbaycan həmçinin gündə 17 000-dən çox avtomobil tutumu olan daha böyük, daha qısa yol ilə regionu qida və dərmanla özü təmin etməyi təklif edib. Həm Avropa İttifaqı, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsi bu marşrutdan istifadənin mümkünlüyünü qəbul edib.
Lakin yenidən qurulan bu dördzolaqlı Ağdam-Xankəndi yolundan nədənsə, naməlum səbəbdən dəfələrlə Qarabağ separatçıları tərəfindən imtina edilib, hətta onların rəhbərlərinin göstərişi ilə yol beton barrikada ilə bağlanıb. Bakının yüklərin Ağdam-Xankəndi yolu ilə Azərbaycan tərəfindən deyil, Qırmızı Xaç tərəfindən çatdırılması təklifi rədd edilib. Hətta bu məsələ ilə bağlı sadəcə dialoq aparmaq təklifləri də rədd edilib. Həmin rəhbərlik teatral şəkildə hətta Azərbaycanla sərhədə “Laçın” yolu nəzarət-buraxılış məntəqəsinə yük maşınlarını yerləşdirdi. Bununla belə onlar Qarabağ ermənilərinin Azərbaycandan tərəfindən etnik təmizləməyə məruz qaldığını deyirlər.
Bu yalan iddianı möhkəmləndirmək üçün onların rəhbərliyi Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş qalmaqallı prokuroru Luis Moreno Okamponu işə götürdülər ki, o, Qarabağın “blokada” altında olduğunu, sakinlərinin aclıqdan öldüyünü və “soyqırımı törədildiyini” iddia edən məntiqsiz hesabat yazsın.
Azərbaycanda biz bu cür dezinformasiyaları eşitməyə öyrəşmişik, lakin beynəlxalq ictimaiyyət və xüsusən də KİV üçün bunu görmək vacibdir ki, bu cür emosional, şokedici ifadələrin işlədilməsi,əslində, baş verənləri onların nəzərindən gizlətmək məqsədi daşıyır.
Onların təhlükə altında olduqlarını bəyan etmələrinin, həmçinin beynəlxalq ictimaiyyətin dəstəyini gücləndirmək üçün böhranı qızışdırmalarının məqsədi odur ki, dünyanı azərbaycanlılarla ermənilərin vaxtilə yaşadıqları kimi birlikdə yaşaya bilməyəcəklərinə inandırsınlar.
Azərbaycanın yeməkdən imtina edən əhalini acından öldürməsi ilə bağlı paradoksal iddia irəli sürən separatçıların qondarma lideri Arayik Arutyunyan bildirib ki, “O (Azərbaycan), bir əli ilə bizi boğur, digər əli ilə isə qidalandırır”. Bunun əvəzində isə ona düzgün hüquqi forma geyindirilməlidir: işğalçı administrasiya Azərbaycan hökumətinin Azərbaycan bölgəsinə ərzaq və dərman tədarükünün qarşısını alır. Bu barədə isə Okamponun hesabatının heç bir yerində bəhs edilmir.
Bu arada Qarabağın erməni sakinləri əziyyət çəkməkdə davam edir. Ermənistandan (ən kasıb postsovet ölkələrindən biri) sədəqələrlə yaşamaq məcburiyyətindədirlər. İqtisadi cəhətdən bu region Azərbaycanın qalan hissəsindən geri qalıb, hansı ki, ÜDM-si Sovet İttifaqından müstəqillik qazandığı zamanda olduğu həcmindən bu gün 100 dəfə çoxdur.
Ermənistan kampaniyalar və diplomatik oyunlarla məşğul olmaq əvəzinə özünü sülh danışıqlarına və ölkələrimiz arasında münasibətlərin normallaşmasına həsr etməlidir. Bunun əvəzində, bu həftə BMT Təhlükəsizlik Şurasına müraciət etmək kimi həyasız və nəticə olaraq əks-məhsuldarlıq əks etdirən cəhdi belə bir öhdəliyə hər cəhətdən zidd olan başqa bir nümunədir.
Hər bir ölkənin ərazi bütövlüyü və suverenliyi toxunulmazdır. Separatizmə seçici yanaşma qəbuledilməzdir. Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı şifahi bəyanatları sülh müqaviləsi çərçivəsində rəsmiləşdirilməlidir. Ermənistan da nəhayət ki, Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalı və silahlı qüvvələrinin bütün elementlərini Azərbaycan ərazisindən çıxarmalıdır. İrəli başqa yol yoxdur. Azərbaycan sülhə gedən yolu göstərmək üçün ilk addımları atıb. Top indi siyasi rəhbərliyi ilə Ermənistanın tərəfindədir.
Hər bir ölkənin ərazi bütövlüyü və suverenliyi toxunulmazdır. Separatizmə seçici yanaşma qəbuledilməzdir. Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı şifahi bəyanatları sülh müqaviləsi çərçivəsində rəsmiləşdirilməlidir. Ermənistan həmçinin Azərbaycana qarşı bütün ərazi iddialarına birdəfəlik son qoymalı və silahlı qüvvələrinin bütün elementlərini Azərbaycan ərazisindən çıxarmalıdır. Bundan başqa irəli aparan yol yoxdur. Azərbaycan sülhə gedən yolu göstərmək üçün ilk addımları atıb. Top indi Ermənistanın və onun siyasi rəhbərliyinin tərəfindədir”.