İraqın şimalında "Pəncə-Kilid" əməliyyat bölgəsində terrorçulara məxsus çoxlu sayda silah və sursat ələ keçirilib.

"Unikal" xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, İraqın şimalında "Pəncə-Kilid" əməliyyat bölgəsində aparılan axtarış işləri zamanı terrorçulara aid 34 min 560 ədəd AK-47 piyada tüfəngi, 440 7,62 millimetr PKMS pulemyotu, 1588 Doçka, 25 ədəd RPG tank əleyhinə sursat, 2 ədəd RPQ-7 piyada əleyhinə sursat və 20 ədəd RPQ-7 yanacaq patronu aşkar edilib.