Keçən il Türkiyədə təqdim edilən , rejissoru Mehmet Ada Öztekin olan, Aras Bulut İynemlinin baş rolda olduğu Disney Plus filmində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün gənclik illərindən bəhs edilən Atatürk serialının çıxış tarixləri elan edilib.

"Unikal" xəbər verir ki, Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü tədbirləri çərçivəsində çəkilən 6 seriyanın ilk 3 hissəsindən səhnələr seçilərək 29 oktyabr 2023-cü ildə televiziyada yayımlanacaq.

Bundan əlavə, serialın 6 seriyası hər biri 3 seriyadan ibarət 2 film olaraq Türkiyənin kinoteatrlarında nümayiş etdiriləcək.

İlk 3 seriya 29 Oktyabr Respublika Günü həftəsi çərçivəsində 3 Noyabr cümə günü kinoteatrlarda tamaşaçılarla görüşəcək. Serialın 4-5-6-cı bölümlərdən ibarət ikinci hissəsi 6 yanvar şənbə günü kinoteatrlarda nümayiş olunacaq.

Filmin prodüser və rejissor komandası yaxın günlərdə mövzu ilə bağlı mətbuat konfransı keçirəcək.