ABŞ Aerokosmik Agentliyinin (NASA) Nyu-Yorkdakı Qoddard Kosmik Tədqiqatlar İnstitutunun (GISS) alimləri qlobal temperatur rekordunun 2023-cü ilin iyulunda qırıldığını açıqlayıblar.

"Unikal" xəbər verir ki, NASA iyul ayında dünyanın ən yüksək temperatur həddinə çatdığını bildirib. 

ABŞ Aerokosmik Agentliyinin (NASA) Nyu-Yorkdakı Qoddard Kosmik Tədqiqatlar İnstitutunun (GISS) alimləri iyul ayında qlobal temperatur rekordunun əldə edildiyini bildiriblər.

NASA-nın verdiyi açıqlamada, 2023-cü ilin iyul ayının NASA qeydlərindəki bütün iyul aylarından 0,24 dərəcə, 1951-1980-ci illərin orta iyul temperaturundan isə 1,18 dərəcə yüksək olduğu bildirilib.

“NASA-nın məlumatları, 2023-cü ilin iyulunda temperaturun iyul ayı rekordların ən isti ayına çevrilməsi ilə bütün dünyada milyardlarla insanın hiss etdiklərini tam olaraq təsdiqləyir”, - bəyanatda deyilir.